Öldürülən şeyxin qardaşı: "Obama edamın qarşısını ala bilərdi"
"ABŞ prezidenti Barak Obama Səudiyyə Ərəbistanı kralı Salmanla dostluq münasibətlərindən istifadə edərək, bu edamın qarşısını ala bilərdi".
Bunu Səudiyyə Ərəbistanı məhkəməsinin qərarı ilə edam olunan Baqir Nimr əl-Nimrin qardaşı, iş adamı Məhəmməd əl-Nimr Türkiyənin "Habertürk" televiziyasına müsahibəsində deyib.
Məhəmməd əl-Nimrin sözlərinə görə, qardaşı edam olunmamışdan əvvəl ABŞ prezidenti Barak Obama ilə görüşüblər: "Ancaq onun administrasiyası nəticə əldə etmə ehtimalı az olan diplomatik yolla bu məsələni həll etməyə çalışdı. Buna insani münasibətlər çərçivəsində deyil, diplomatik yanaşdılar", - deyə o söyləyib.
O, qardaşının edam edilməsindən və oğlunun da edam ediləcəyindən kədərləndiyini vurğulayıb.
Məhəmməd əl-Nimr şiələrin çoxluq təşkil etdiyi Səudiyyə Ərəbistanının Qatif şəhərində nüfuzlu ailə olduqlarını söyləyib: "Buradakı əhalinin daxili savaşa çevrilə biləcək hərəkətlərinə mane oluruq. Sakinləri sakitləşməyə çağırırıq. Ölkəmizə hər hansı ziyanın dəyməsini istəmirik".
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.