banner
banner

Dünya

Stokholmda partlayış baş verib, 10 nəfər xəsarət alıb

Stokholmda partlayış baş verib,
İsveçin paytaxtı Stokholmda partlayış baş verib. APA-nın DHA-ya istinadən xəbərinə görə, paytaxtdakı çoxmərtəbəli binalardan birinin zirzəmisində güclü partlayışdan sonra yanğın başlayıb. Bina sakinlərindən 10 nəfər xəsarət alıb. Digər sakinlər dərhal təxliyə edilib.
Yerli polis partlayış və yanğın nəticəsində binanın zədələndiyini, uçma təhlükəsinin yarandığını açıqlayıb. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı əlavə məlumat verməsə də, artıq iki nəfərin saxlandığı məlum olub.
Musavat.com reportyorunun Stokholmda yaşayan sabiq jurnalist Könül Həsənlidən aldığı məlumata görə, partlayış binanın zirzəmisində baş verib, iki nəfər yaralanıb. 
Yerli media iki nəfərin həbs olunduğunu qeyd edir, ancaq həmin şəxslərin hansı millətdən olduğunu, yerli və yaxud gəlmə olduqlarını açıqlamır. Çünki bu, ictimai asayişi poza, ksenofob təmayülləri gücləndirə bilər.
 
Partlayışın nədən baş verdiyi də açıqlanmır. Araşdırma aparıldığı deyilir.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.