"Qarabağ" klubu Muarem Muaremin keçidini rəsmiləşdirib.
Bu barədə Qol.Az-a açıqlamasında klubun direktoru Əmrah Çəlikəl məlumat verib.
Klub rəsmisi makedoniyalı yarımmüdafiəçi ilə 6 (ay) + 2 illik müqavilə imzalandığını bildirib. 27 yaşlı futbolçu artıq hazırda Antalyada təlim-məşq toplanışında olan "Qarabağ"ın düşərgəsinə qoşulub.
Qeyd edək ki, Muarem Muarem yay transfer pəncərəsində Türkiyənin "Eskişehirspor" klubuna transfer olunsa da, cəmi iki ay sonra komandadan ayrılıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.