banner
banner

Sağlamlıq

Sətəlcəmin ilk simptomları. Qaçırmayın!

Sətəlcəmin ilk simptomları. Qaçırmayın!

Sətəlcəm (pnevmoniya) ağciyərlərin iltihabıdır. Pnevmoniya çox təhlükəli xəstəlik sayılır. Uşaqlarda, yaşlı insanlarda, ağır xroniki xəstəlikləri olan, immun sistemi zəifləmiş insanlarda pnevmoniya ölümə səbəb ola bilər. Bu səbəbdən sətəlcəmin ilk simptomlarını bilmək çox vacibdir. 
Əksər hallarda pnevmoniya qripp və soyuqdəymə xəstəlikləri fonunda inkişaf edir. Hal hazırda yayılmaqda olan "donuz qripin"in əsas təhlükəli ağırlaşması məhz sətəlcəmdir. 
Pnevmoniyanın ilk simptomları:
- Öskürək (quru, arası kəsilməyən, daimi). Nadir hallarda sətəlcəm zamanı öskürək tək-tük və zəif ola bilər.  
- Xəstənin vəziyyətinin kəskin pisləşməsi. İstənilən virus xəstəliyi 7 gündən artıq çəkmir və xəstənin vəziyyəti tədricən yaxşılaşır. Əgər soyuqdəymə və ya qripp başladıqdan 4-7 gündən sonra xəstənin vəziyyəti birdən-birə yenə pisləşməyə başlayıbsa (hərarət yenidən qalxmağa başlayır və s.), bu əksər hallarda sətəlcəmin inkişafının simptomudur.
- Yüksək hərarət (39-40 C). Bu zaman adi hərarətsalan dərmanlar lazım olan təsir etmir. Bu da sətəlcəmin əsas simptomlarından biridir. 
Lakin bəzən (atipik pnevmoniya zamanı) hərarət yüksək olmaya bilər (37,1-37,5 C kimi). Bu səbəbdən xəstəliyin digər simptomları meydana çıxdıqda, dərhal həkimə müraciət edin. Son zamanlar atipik pnevmoniyanın halları çoxalır.    
- Zəiflik, halsızlıq. 

- Dəri örtüklərinin solğun olması.
- Təngnəfəslik.
- Dərin nəfəsalma zamanı döş qəfəsində ağrılar. 
- Tərləmənin artması (xüsusilə gecə saatlarında). 
Pnevmoniya çox tez inkişaf edən xəstəlikdir. Bu səbəbdən xəstəliyin ilk simptomlarında dərhal həkimə müraciət etmək lazımdır. Bu halda xəstəlik daha tez və asan müalicə olunacaq. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.