“Qəbələ” mövsümün ikinci yarısına hazırlıq məqsədilə bu gün Antalyaya yola düşüb. Yanvarın 27-nə qədər Türkiyədə təlim-məşq toplanışında olacaq Roman Qriqorçukun komandası qardaş ölkədə 3 yoxlama oyunu keçirəcək. İlk rəqib “Osnabryuk” olacaq. Almaniya çempionatının aşağı liqa təmsilçisi ilə qarşılaşma ayın 16-da baş tutacaq. 4 gün sonra “Qəbələ” ikinci yoxlama oyununda İsveçrənin “Sürix” klubu ilə üz-üzə gələcək. Yanvarın 24-də baş tutacaq son yoxlama matçında komanda Ukrayna təmsilçisi “Dnepr”lə görüşəcək.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.