Messi 5-ci dəfə "Qızıl top"u aldı, həyat yoldaşını öpdü
Bu gün İsveçrənin Sürix şəhərində “Qızıl top”un təqdimetmə mərasimi keçirilib.
Gecənin əsas mükafatını "Barselona"lı Lionel Messi qazanıb. O, mərasimə həyat yoldaşı və oğlu ilə qatılıb. Adı çəkilən kimi Messi həyat yoldaşını öpdükdən sonra tribunaya çıxıb. Messiyə mükafatı keçmiş futbolçu Kaxa Kaladze təqdim edib. Qeyd edək ki, mükafat uğrunda 3 futbolçu mübarizə aparıb: “Qızıl topu” 3 dəfə qazanan (2008,2014,2014) Kriştianu Ronaldo, 4 dəfə bunu əldə edən (2009,2010,2011,2012) Lionel Messi və ilk dəfə bu mükafata namizəd olan Neymar.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.