|
"Real"ın futbolçusu Kriştiano Ronaldo "Qızıl top"un mükafatlandırma mərasimi öncəsi açıqlama verib. O, tədbir öncəsi keçirilən mətbuat konfransında "Qızıl top" mükafatı uğrunda rəqibi "Barselona"nın futbolçusu Lionel Messinin sol ayağının güclü olduğunu deyib: "Messiyə yalnız sol ayağına görə paxıllıq edə bilərəm. Çünki o, sol ayağı məndən bir qədər yaxşı oynayır (gülür)". K.Ronaldo "Qızıl top"u qazanmaq şanslarını da dəyərləndirib: "Messinin şansı daha yüksəkdir. Messi və Neymarın bu mükafatı qazanması mənim üçün gözlənilməz olmayacaq. Ancaq bu mübarizədə mən də varam. Çünki səs toplayıb finala yüksəlmişəm". Cia.az
|


