banner
banner

Dünya

Türkiyə snayper qadını axtarır

Türkiyə snayper qadını axtarır
Türkiyə Diyarbəkir vilayətinin Sur rayonunda “Türkiyə Silahlı Qüvvələri” (TSK) mənsubu hərbçiləri qətlə yetirən PKK terrorçusunun şəxsiyyəti açıqlanıb.
ANS PRESS-in məlumatına görə həmin terrorçunun, Suriyanın Kobani şəhərindən gələn qadın snayper olduğu müəyyənləşəib. 
Təxminən 1.60 boyunda “Roza Avcı” kod adlı qadın terrorçunun 50-yə yaxın terrorçuya da snayper təlimi keçdiyi öyrənilib. Mülki əhalinin arasına qarışan qadın barədə birinci dərəcədə axtarış elan edilib. 
 
30 ildən çoxdur Türkiyənin baş bəlasına çevrilən PKK terrorçularına qarşı ötən ilin iyul ayından intensiv hərbi əməliyyatlar başladılıb. Bu əməliyyatlar zəminində ötən ildən ölkədə minlərlə terrorçu məhv edilib, yüzlərlə hərbçi şəhid olub. 
 
Ötən gün PKK-ya qarşı keçirilən əməliyyatların nə zaman dayandırılacağı barədə suala cavab verən Türkiyənin baş naziri Əhməd Davudoğlu, son terrorçu zərərsizləşdirilənə qədər bu əməliyyatların dayandırılmayacağını deyib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.