banner
banner

Dünya

ABŞ-dan Türkiyəyə dəstək: “Yanınızdayıq...”

ABŞ-dan Türkiyəyə dəstək:
ABŞ terror hücumları qarşısında Türkiyənin yanındadır və terrorla mübarizədə Ankaranı dəstəkləməkdə davam edir. 
Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Ned Prays İstanbulda bu gün törədilən terror aktı ilə bağlı bəyanatında bildirib.
“Biz NATO üzrə müttəfiq, möhkəm tərəfdaş və İŞİD əleyhinə koalisiyanın qiymətli üzvü kimi Türkiyəni hücumlar qarşısında müdafiə edirik. Biz davam edən əməkdaşlıq çərçivəsində Türkiyəyə dəstək və terrorizmlə mübarizədə ona kömək vəd edirik” – Ağ Ev rəsmisi qeyd edib. 
O, terroru “əclaf akt” adlandırıb və həlak olanların ailələrinə başsağlığı verib.
Xatırladaq ki, İstanbulun mərkəzində Suriyadan olan İŞİD-çi kamikadzenin özünü partlatması nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb. Həlak olanların əksəriyyəti Almaniyadan olan turistlərdir.  
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.