“Terrora görə daha 4 nəfər saxlanılıb” - Davudoğlu
“İstanbulda baş vermiş terror aktı ilə əlaqədar daha 4 nəfər saxlanılıb”. Bunu Türkiənin baş naziri Əhməd Davudoğlu bəyan edib. “İstanbulda baş vermiş terror aktının araşdırılması çərçivəsində daha 4 nəfər saxlanılıb”, deyə Ə.Davudoğlu bildirib. Onun sözlərinə görə, hazırda hadisə nəticəsində zərər çəkmiş 6 nəfər hələ də xəstəxanadadır. Xatırladaq ki, yanvarın 12-də İstanbulda törədilmiş partlayış nəticəsində 10 nəfər ölüb, 17 nəfər yaralanıb
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.