banner
banner

İdman

Yunis Hüseynov istefasının səbəbini açıqladı

Yunis Hüseynov istefasının səbəbini açıqladı

"Xəzər Lənkəran"ın baş məşqçi vəzifəsindən istefa verən Yunis Hüseynov qərarınının səbəbini açıqlayıb.

Y.Hüseynov qərarını klubun strategiyasının dəyişməsi ilə əlaqələndirib:

"Yayadək "Xəzər Lənkəran"da gənclərdən ibarət komanda olacaq. Onların qarşısına heç bir hədəf qoyulmayıb. Elitada yerimizi qorumağa çalışacağıq. Çempionat getdikcə zəifləyir. İnanmıram ki, Premyer Liqadan hər hansı komanda I Diviziona düşsün. Stimulumuz var idi ki, ölkə kubokunda irəliləyərik. Düzdür, futbolda sürpriz də gözləmək olar. Amma hazırkı heyətlə yarımfinala-finaladək gedə biləcəyimizi demək düzgün olmaz. Heyətə klubun akademiyasından yetişən futbolçular cəlb olunacaq. Ona görə də Elbrus Məmmədovun baş məşqçi olmasına qərar verdik. Mən isə idman direktoru olacağam. Elbrus müəllim gəncləri daha yaxşı tanıyır".

Y.Hüseynov bildirib ki, baş məşqçi əvəzləməsinə baxmayaraq, qış təlim-məşq toplanışı planında heç bir dəyişiklik olmayacaq: "O planı mən yazmışdım. Elbrus Məmmədov da mənim köməkçim idi. O, elə həmin plan üzrə işləyəcək".

Qeyd edək ki, "Xəzər Lənkəran" hazırda Azərbaycan Premyer Liqasında 10 komanda arasında 9-cu pillədə qərarlaşıb. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.