banner
banner

Dünya

Hökumət əleyhinə aksiya - ölən var

Hökumət əleyhinə aksiya

Pakistanın Feyzəlabad şəhərində hökumət əleyhinə keçirilən etiraz aksiyası sonda qarşıdurmalarla nəticələnib. Təhriki-İnsaf partiyasının tərəfdarları şəhərin mərkəzi yollarından birinin üzərində barikadalar quraraq nəqliyyatın hərəkətinə mane olublar. Polisin aksiyaya müdaxiləsi isə, tərəflər arasında toqquşmalara gətirib çıxarıb.

Eyni zamanda, hazırkı baş nazir Nəvaz Şərifin tərəfdarları da etirazçılara müqavimət göstəriblər. Tərəflər əlbəyaxa olublar. Qarşıdurmalar zamanı bir nəfərin öldüyü, azı 5 nəfərin ağır xəsarət aldığı bildirilir.

Təhrik İnsaf partiyasının rəhbəri (sabiq peşəkar kriketçi) İmran Xan hökumətin istefasını tələb edir. Nəvaz Şərifin rəqibləri onu ötən ilin may ayında keçirilən seçkilərin nəticələrini saxtalaşdırmaqda ittiham edirlər.

İmrax Xan anti-hökumət kampaniyası fonunda bir neçə şəhərdə əhalini biznes fəaliyyətini dayandırmağa çağırıb.//Anspress



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.