İndoneziyanın paytaxtında silsilə partlayışlar baş verib.
Partlayışların dəqiq sayını müəyyən etmək hələlik mümkün olmayıb.
İndoneziya polisi partlayışa bombanın səbəb olduğunu bildirib və növbəti partlayışların ola biləcəyini istisna etməyib. Partlayışların ardınca şəhərdə atışma səsləri eşidilib, atışmada 14 nəfərin iştirak etdiyi, yeddi nəfərin isə öldüyü bildirilir.
Partlayışlardan biri Cakartada BMT binasında baş verib. Şahidlərin sözlərinə görə, partlayıcı qurğu Starbucks kafesi yaxınlığında işə salınıb. BMT əməkdaşlarından biri yaralanıb.
Polisin məlumatına görə, silahlı hücumu İŞİD təşkil edə bilər.
İndoneziya prezidenti isə partlayışları terror aktı adlandırıb. Dövlət başçısı terrorla bağlı Yava adalarına səfərini təxirə salaraq təcili toplantı keçirib.




Cia.az


