Ankara meri ABŞ səfirinə “Türkiyəni tərk et!” dedi
Ankara meri Melih Gökçək öz Tvitter səhifəsində ABŞ səfiri Con Bassı, türkiyəli alimlərin saxlanılması ilə bağlı dediyi sözlərdən sonra Türkiyəni tərk etməyə çağırıb.
Mer yazıb: “ABŞ-da polis insanlara əllərini qaldırmadıqları üçün əşya, kisə kimi atəş açır. Sən isə bizə məsləhət görürsən ki, silahlı terrorçuların əsgərlərimizə və polislərimizə silahlı hücumlarına səbrlə yanaşaq. Yox, cənab səfir! Biz buna dözməyəcəyik. Sən ABŞ üçün heç də düz seçim deyilsən. Qayıt ölkənə! Qoy bura başqası-bizi tanıyan birisi səfir gəlsin”.
Xatırladaq ki, səfir Bass daha öncə Türkiyə polisinin radikallığından və ölkə ərazisindəki kürdlərə olan münasibətdən narahatlıq duyduğunu açıqlamışdı.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.