banner
banner

Dünya

Türkmənistanda maaş əvəzinə qoyun verdilər

Türkmənistanda maaş əvəzinə qoyun verdilər
Türkmənistan neft və qazın qiymətinin ucuzlaşması üzündən dövlət idarələrində maaşları ödəməkdə çətinlik çəkir.
Avropa.info xəbər verir ki, “Türkmənmalları” (Türkmən heyvanları) dövlət müəssisəsində maaşları qoyun və qoçlarla ödəməyə başlayıblar. 
Axalsk vilayətində heyvandarlıq kompleksinin icarədarı Səlim adlı şəxs deyir ki, dövlət idarəsinin nağd pulu yoxdur, bu səbəbdən işçilər maaşını “1 qoyun = 270 türkmən manatı” ekvivalenti ilə alırlar. 
“Bir qoyun təxminən 16-18 kiloqram ət deməkdir. Fəhlələr məcburdur ki, maaşı qoyunla alsınlar. Başqa nə edə bilərlər?” – deyə Səlim bildirib. 
Onun sözlərinə görə, işçilər qoyunları bazarda satır, bu yolla pul əldə edirlər. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.