Amerikan Birləşmiş Ştatlarının (ABŞ) nəqliyyat şəbəkəsi kampaniyası “Uber” müştərilərinə helikopter xidməti təklif edir.
Cia.az anspress-ə istinadən xəbər verir ki, bu məqsədlə firmanın Fransanın “Airbus” aviaşirkəti ilə əməkdaşlıq edəcəyi gözlənilir. “Airbus” “Uber” şirkətini H125 və H130 helikopterləri ilə təmin edəcək.
Xidmətin hansı sahələri əhatə edəcəyi hələlik məlum deyil. Lakin “Pilot layihə” bu həftəsonu “Sandens” Film Festivalında sınaqdan keçiriləcək.
“Uber” indiyə qədər müxtəlif nəqliyyat xidməti sahəsində öz xidmətlərini təklif edib. Dünyaın müxtəlif ölkələrində müştərilər sadə taksidən tutmuş, rikşa və qayıq xidmətləri ilə təmin olunublar.
Baş qərargahı Kaliforniyada yerləşən şirkətin onlayn çağırış xidməti var.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.