Qatığın üzərində yığılmış, lazımsız hesab etdiyimiz və tökdüyümüz qatıq suyunun əslində çox faydası var.
B2 vitamini baxımından olduqca zəngin olan qatıq suyu sağlamlıq baxımından çox faydalıdır.
Qatıq suyunun inanılmaz faydaları:
- Yuxarıda da qeyd etdiyimiz kimi, qatıq suyu B2 vitamini baxımından zəngindir. B2 vitamini isə bədənimizin karbohidrat, yağ və proteinlərdən daha çox faydalanmasına yardımçı olur.
- Qatıq suyunun içərisindəki bakteriyalar antikanserogen təsirə malikbdir və bu səbəbdən qatıq suyunu içmək xərçəngdən qorunmağa yardım edir.
- Qatıq suyunun tərkibindəki probiotiklər isə pis xassəli şişlərin yaranmasının qarşısını alır.
- Uşaqlarda inkişaf geriliyinin səbəblərindən olan B2 vitamin əskikliyini qatıq suyu qəbulu ilə əngəlləmək olar. Beləcə, uşaqların həm zehni, həm də fiziki inkişafı eyni formada gerçəkləşir.
- Tərkibindəki kalsium və potasium sayəsində dişlərin və sümüklərin yaranmasına müsbət təsir edir.
- Qatıq suyunun bir digər faydası isə böyrək daşlarının düşürülməsinə yardımçı olmasıdır. Böyrək qumu, ya xırda daş probleminiz varsa, qatıq suyu için. Bu suyun tərkibindəki maddələr böyrək daşlarını əridərək, sidiklə bədəndən atılmasına yardımçı olur.
- Qatıq suyunun dəriyə də faydalı olduğu deyilir. Sızanaqları, ləkələri müalicə edir, dərini qidalandırır. Qatıq suyunu digər bitki mənşəli maskalarınızla birgə istifadə edə bilərsiniz.
- Qatıq suyu həm də uzun müddət tox tutduğu üçün pəhrizlərdə də rahatlıqla istifadə edilə bilər.
- Qatıq suyu tiroid vəzlərin işləməsinə və guatr (qarın boşluğu) probleminin qarşısının alınmasına yardım edir.
- Qatıq suyu qəbulu bədəndəki toksinlərin atılmasına yardım edir.
- Şəkər xəstələrində şəkər səviyyəsini aşağı salır.
- Qəbzliyə qarşı qatıq suyu istifadə edilə bilər. Bunun üçün 1 həftə, ya da 10 gün boyunca gündə ən az 2 dəfə az miqdarda için. Bağırsaqlardan qaynaqlan həzm probleminin həllinə yol açır.
- Qatıq suyu sinusitə qarşı da istifadə edilə bilər. 1 stəkan günortadan əvvəl, 1 stəkan günortadan sonra təxminən 1 çay stəkanı qatıq suyu içənin üçüncü, dördüncü gündən etibarən burnu axacaq.
- Qatıq suyu A, B12, B2, B6 və D vitamin tərkiblidir.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.