banner
banner

İdman

"Qalatasaray" Avropa kuboklarından kənarlaşdırıla bilər

"Qalatasaray" Avropa kuboklarından kənarlaşdırıla bilər

Fevral ayının sonunda Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Türkiyənin «Qalatasaray» klubuna verəcəyi cəzanı açıqlayacaq.

Virtualaz.org saytının Türkiyənin «Anadolu» agentliyinə istinadən verdiyi xəbərə görə, UEFA «Qalatasaray» klubunu maliyyə fair-play qaydalarını yerinə yetirməməkdə günahlandırıb və kluba dair araşdırmanın UEFA Maliyə nəzarəti qurumunda davam etditriləcəyini bildirib.

«Qalatasaray»a veriləcək cəza fevral ayının sonunda məlum olacaq. Mənbənin bildirdiyinə görə, kluba yeni oyunçular cəlb etmək qadağan oluna, ya da cərimə tətbiq edilə bilər. Maksimal cəza növü kimi «Qalatasaray» klubunun Avropa kuboklarında iştirakdan uzaqlaşdırılla biləcəyi də deyilir.

Bununla yanaşı, UEFA eyni səbəb üzündən daha bir neçə kluba qarşı sanksiyalar tətbiq edə bilər. Bunlar İsrailin «Hapoel Tel-Əviv», Polşanın «Rux Xojuv», Rusiyanın «Rostov» və Türkiyənin «Kardemir Karabükspor» komandalarıdır.

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.