banner
banner

Dünya

Ermənistanda etiraz aksiyası

Ermənistanda etiraz aksiyası

Ermənistanın Gümrü şəhərində sahibkarlar etiraz aksiyasını davam etdirirlər.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bu gün aksiyada iştirak edən 500-dən artıq şəxs yenidən mərkəzi bazarın yaxınlığında toplaşıb və mərkəzi küçələri bağlayıb.

“Biz seçkidə səs verib seçdiyimiz millət vəkillərimizi tələb edirik. Onlar bura gəlib bu çətin gündə bizimlə birgə olmalıdırlar və gündəlik çörək uğrunda apardığımız mübarizəyə dəstək verməlidirlər. Şirak regionunun deputatları gələnə qədər biz burada dayanacağıq”, - deyə aksiya iştirakçıları bildiriblər. Onlar millət vəkillərinin gəlməyəcəyi təqdirdə, Şirakın regional hökumət binasına yürüş edəcəklərini söyləyiblər.

Hazırda hadisə yerində çoxlu sayda polis əməkdaşları var.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.