banner
banner

Dünya

"Cihadçı Con"un öldürüldüyü təsdiqləndi

"Cihadçı Con"un öldürüldüyü təsdiqləndi
İŞİD-in rəsmi cəlladı, "Cihadçı Con" ləqəbi ilə tanınan Məhəmməd Emvazinin öldürüldüyü təsdiqlənib.

Musavat.com xəbər verir ki, bu barədə məlumat "Reuters" agentliyində yer alıb.
 
Məlumata görə, Cihadçı Conun öldürüldüyünü İŞİD-ə məxsus internet saytı təsdiqləyib.
 
Məhəmməd Emvazi 17 avqust 1988-ci ildə Küveytdə anadan olub. Altı yaşında İngiltərəyə gedib. Qərbi Londonda yaşayıb. Böyük Britaniya vətəndaşı olub.
 
Britaniya ləhcəsinə görə "Beatles" qrupunun üzvü Con Lennonun adı verilən "Cihadçı Con"un Amerika jurnalistlər Ceyms Foli və Stiven Sotloff, Britaniyanın yardım işçiləri David Heynes və Alan Henninq, eləcə də amerikalı yardım işçisi Əbdül Həmid Kassiqini qətlə yetirdiyi güman edilir.
 
 
"Washington Post" qəzeti yazır ki, Məhəmməd Emvazi Britaniyada yaşayan imkanlı ailədəndir. Qəzetdə onun kompüter proqramları üzrə kollec məzunu olduğu da qeyd edilib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.