“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin İtaliya “İnter”inə qarşı keçiriləcək oyununa ciddi itki ilə çıxa bilər.
Qol.Az-ın xəbərinə görə, Azərbaycan Premyer Liqasının 15-ci turunun dekabrın 7-də “Neftçi”yə qarşı keçirilən matçında zədələnən Bədavi Hüseynovun qarşıdakı oyunda meydana çıxıb-çıxmayacağı sual altındadır.
Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Qol.Az-a bildirib ki, gənc müdafiəçinin diz qapağının altında zədə aşkarlanıb: “Hazırda futbolçunun ayağında ağrılar var və o, bərpa prosesi keçir”.
Klub rəsmisi bildirib ki, B.Hüseynovun “İnter”lə matçda iştirak edib-etməyəcəyi oyun günü, dekabrın 11-də müəyyənləşəcək.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.