Beynəlxalq Əmək Təşkilatının (BƏT) "2014-2015-ci illərdə dünyada əməkhaqqı" hesabatında bildirilir ki, 2013-cü ildə orta aylıq real əməkhaqqı ötən ilə nisbətən 2 faiz artıb. Bu barədə BMT radiosu məlumat verib.
İnkişaf etmiş ölkələr qrupunda real əməkhaqqının səviyyəsi, demək olar, dəyişməz qalıb, lakin Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində məvacib artımı təxminən 6 faiz təşkil edib. BƏT ekspertləri qeyd edirlər ki, müxtəlif ölkələrdə əməkhaqqının səviyyəsini dəqiq müqayisə etmək çox çətindir. Amma alıcılıq qabiliyyəti perimetri üzrə belə nəticəyə gəlmək olar ki, inkişaf etmiş ölkələrdə əməkhaqqı 3 min dollara yaxındır, inkişaf etməkdə və iqtisadiyyatı formalaşmaqda olan ölkələrdə isə bu göstərici 1 min dollar qiymətləndirilir. BƏT-in məlumatına görə, ümumdünya orta aylıq əməkhaqqı təxminən 1,6 min dollar təşkil edir, - "1News" yazır.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.