banner
banner

Dünya

Universitet binasına hücum: 7 nəfər öldürüldü

Universitet binasına hücum:
Pakistanda silahlı şəxslər universitet binasına hücum edib.
Üç terrorçu Pakistanın şimal-qərb hissəsində yerləşən Hayber-Pahtunhva əyalətinin Çarsadda şəhərindəki universitetə basqın edib. 
Hadisə yerində iki partlayışın baş verdiyi bildirilir. Məlumata görə, hücum edənlər auditoriyalara və yataqxanalara daxil olaraq müəllimlərə və tələbələrə atəş açıblar. 
Universitetin binasından çıxmağı bacaran bir müəllim bildirib ki, “orda nə baş verdiyini başa düşmədim, amma təhlükəsizlik xidməti əməkdaşının sözlərini eşitdim ki, çoxlu yaralı və ölü var”.
 
Hücum nəticəsində ən azı 50 nəfərin yaralandığı deyilir. Onlardan vəziyyəti ağır olanlar var. Hələlik ölənlərin sayı açıqlanmır. 
 
Polis hücum edənlərdən ikisinin öldürüldüyünü bildirib. Terror hücumu nəticəsində isə 7 nəfərin öldüyü bildirilir. Ölənlərdən birinin universitetin professoru Həmid Hüseyn olduğu deyilir. Ölənlərin sayının artacağı istisna edilmir. Artıq terror hücumuna görə məsuliyyəti Taliban hərəkatı öz üzərinə götürüb.
 
 
Yanvarın 19-da da Pakistanın şimal-qərbində terrorçu-kamikadzenin yol keçidində törətdiyi partlayış nəticəsində 5 nəfər ölmüş, 20-dən çox adam yaralanmışdı. 
 
Taliban terror təşkilatı 2014-cü ilin dekabr ayında da Hayber-Pahtunhva əyalətinin digər şəhərində - Pişəvərdəki məktəbə hücum edərək uşaqlar və müəllimlər də daxil olmaqla 148 pakistanlını qətlə yetirmişdi. 
 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.