Ermənistan üzərində tarixi qələbə - “Neftçi”nin 20 Yanvar dönüşü+Video
Azərbaycanın “Neftçi” futbol klubu 20 Yanvar Milli Hüzn Günü ilə əlaqədar olaraq qısa film hazırlayıb.
Cia.az xəbər verir ki, “Ağ-qara yaddaşımız” adlı filmin əsas məzmununu 11 il əvvəl keçirilmiş matç təşkil edir.
2005-ci ilin yanvarın 19-da “Neftçi” Ermənistanın “Punik” klubu ilə qarşılaşmaq üçün Rusiyaya yollanır. Bu matç futbolçuların həyatında önəmli oyun olur, çünki həmin qələbə bütöv bir xalq tərəfindən gözlənilirdi.
“Neftçi” sözügedən oyundan 2:0-lıq qələbəylə ayrılır. Filmdə futbolçular “Punik” üzərindəki qələbənin karyeralarında əsas xətt kimi keçdiyini, heç vaxt bu matçdakı kimi həyəcan keçirmədiklərini etiraf edirlər.
Bir gün sonra - 20 Yanvarda isə idmançılarımız vətənə erməniləri məğlub etmiş əzmlə qayıdırlar...
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.