banner
banner

İdman

"Barselona" Neymara əvəz tapdı

"Barselona" Neymara əvəz tapdı
İspaniyada hüquqi səbəblərdən problemlər yaşayan Neymar "Barselona"dan ayrılmağı düşünür. 
Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Bununla yanaşı, Neymara ciddi təkliflər var. Son olaraq onun PSJ-nin hədəfində olması ilə bağlı xəbərlər yayılıb. İddiaya görə, Paris klubu yayda "Bsrelona"ya 120 milyon avro təklif edəcək.
 
Artıq "Barsa" braziliyalı ulduza əvəzləyici tapıb. İspan mediası iddia edir ki, Neymar gedəcəyi halda Kataloniya klubu Eden Hazardı transfer edəcək. İngiltərə mətbuatı da "Çelsi"də "yarpaq tökümü"nün başlayacağı barədə xəbər verıb. Yayda London klubunun bir sıra ulduzların tərk edəcəyi bildirilir. İddiaya görə, çətin günlər yaşayan "Çelsi" Eden Hazard, Dieqo Kosta, Oskar və Tibaut Kurtisi kimi futbolçularla yollarını ayıracaq.
 
 
Eden Hazard
 
Bu arada "Barselona"nın istədiyi başqa bir futbolçunun da kimliyi müəyyənləşib. Məlumata görə, kataloniyalılar Braziliyanın "San Paulo" və "Atletiko Mineyro" klublarının da heyətinə qatmağa çalışdığı "Boka Xuniors"un 22 yaşlı forvardı Conatan Kallerini transfer siyahısına salıb.
 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.