banner
banner

Dünya

Litvinenko "kabus"u Rusiyanı təqib edir

Litvinenko "kabus"u Rusiyanı təqib edir
Yanvarın 21-də Britaniya keçmiş rusiyalı casus Aleksandr Litvinenkonun 2006-cı ildə ölümü üzrə təhqiqatı açıqlayacaq. Bu ölümdə Rusiyanın ittiham olunacağı gözlənir.
Hesabatı britaniyalı hakim Robert Ouen təqdim edəcək.
Litvinenko çayına qatılmış yüksək radioaktiv maddədən - polonium-210-dan zəhərlənib.
Moskva bu ölümə hər hansı aiddiyyatı olmadığını bildirib, təhqiqatı siyasi motivli adlandırıb. Kremlin sözçüsü yanvarın 20-də bildirib ki, təhqiqat Prezident Vladimir Putini “maraqlandıran məsələlər sırasında deyil”.
Litvinenko Rusiya kəşfiyyatına işləyib, Britaniyaya köçəndən sonra Putinin tənqidçisinə çevrilib.
O, Londonda bir oteldə iki rusiyalı - Dimitry Kovtun və Andrei Lugovoy ilə çay içən zaman zəhərlənib. 3 həftə sonra dünyasını dəyişib. Həmin iki şəxsin Londonda olduqları digər yerlərdə də poloniumun izləri tapılıb. Ancaq Rusiya onların ekstradisiyasından imtina edib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.