banner
banner

Dünya

Şimali Koreyadan yeni ixtira

Şimali Koreyadan yeni ixtira
Şimali Koreya spirtli içki sahəsində özünəməxsus inqilab edib. Hazırladıqları yeni içki tərkibində olan maddələr sayəsində insanın səhhətini korlamayacaq. 
Bu içkini qəbul edib yatan insanlarda sonradan baş ağrı və ürək bulanma kimi narahatlıqlar, yəni “paxmel” adlandırılan vəziyyət olmayacaq. Ötən il xərçəng, Ebola və QİÇS-ə  çarə tapdığını bildirən bu ölkə indi də düyüdən hazırlanan bir içki ixtira edib. Dadı ilə seçilən bu içkinin hazırlanmasında yandırılmış düyüdən istifadə edilir. “Koryo” adlanan içkinin hazırlanması və ərsəyə gəlməsi üçün uzun zaman tələb edilir.  Ötən il Kim Çen İnin himayəsi ilə şimali koreyalı alimlər QİÇS, Ebola, MERS-i müalicə edə biləcək möcüzəvi bir dərman icad etdiklərini iddia edirdilər. Onlar bu dərmanı jenşen bitkisindən və adlarını sadalamadıqları başqa maddələrdən hazırladıqlarını deyirdilər. Şimali Koreya dünyada ən çox jenşen bitkisi ixracatçılarından biridir.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.