banner
banner

İdman

“Formula 1”in başlama saatı bilindi

“Formula 1”in başlama saatı bilindi

19 iyun 2016-cı ildə Azərbaycanda ilk dəfə təşkil olunacaq "Formula 1" Avropa Qran Prisinə yerli vaxtla saat 18:00-da start veriləcək.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH)  verilən məlumata görə, paytaxtda keçiriləcək "Formula 1" yarışı ilə Fransada baş tutacaq 24 saat Le Man marafonu üst-üstə düşməyəcək. Məlumata görə, Le Man marafonu 19 iyun tarixində Bakı vaxtı ilə saat 17:00-da başa çatacaq.

Yarış günü Bakıda günəşin saat 21:14-də batacağı proqnozlaşdırılır və yarışın başlama vaxtı ilə günəşin batması arasındakı 3 saatlıq müddət imkan verir ki, Avropa Qran Prisi hava qaralanadək yekunlaşsın.

Qeyd edək ki, 2016-cı il indiyədək ən çox "Formula 1" yarışının olduğu mövsümdür. Beynəlxalq Avtomobil Federasiyasının (FIA) ötən il dekabrın 3-də açıqladığı məlumata görə, Avropa Qran Prisi yarış cədvəlinə əlavə olunandan sonra il ərzində "Formula 1" üzrə keçiriləcək Qran Pri yarışlarının ümumi sayı 21-ə çatıb.
Cia.az 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.