Amerikanın Oqaya ştatındakı heyvanxanada dünyanın ən sürətli məməlisi sayılan “Sara” ləqəbli bəbir ölüb.
Cia.az musavat.com-a istinadən xəbər verir ki, Çinçinnati heyvanxanasının rəhbərliyi bəbirin uzun müddət xəstəlikdən əziyyət çəkdiyini bildiriblər.
Buna görədə də rəhbərlik ona zəhərli iynə vurub, yatırtmağa qərar verib. Bəbirin 15 yaşı olub. Ümümiyyətlə isə bəbirlər 10-12 il yaşayır.
“National Geoqraphic” jurnalının versiyasına görə Sara dünyanın ən sürətli məməlisi sayılıb. 2012-ci ildə o, 100 metr məsafəni 5.95 saniyəyə qaçıb. Bu sürət saatda 98.2 km bərabərdir.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.