banner
banner

Dünya

Rusiya prezidenti Leninin basdırılmasından danışdı

Rusiya prezidenti Leninin basdırılmasından danışdı

Virtualaz.org saytı «RİA Novosti» agentliyinə istinadən xəbər verir ki, bu gün Rusiya prezidenti Vladimir Putin Ümumrusiya Xalq Cəbhəsi fəalları ilə görüşündə Vladimir İliç Leninin cəsədinin mavzoleydən götürülərək dəfn edilməsi məsələsinə toxunub.

Putin qeyd edib ki, bu məsələyə ehtiyatla yanaşmaq və nəzərə almaq lazımdır ki, belə addımlar cəmiyyəti iki yerə bölməməlidir.

Xatırladaq ki, ötən həftə Rusiyanın nüfuzlu «Komsomolskaya pravda» qəzeti öz oxucuları arasında bu mövzuda sorğu keçirmişdi. 8 mindən artıq oxucunun iştirak etdiyi sorğunun nəticələrinə görə, respondentlərin 63 faizi Leninin dəfn edilməsinin zamanının yetişdiyini qeyd etmişdilər.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.