|
Serbiyanın "Partizan" klubunun futbolçusu Andriya Jivkoviç "Real"ın təklifini rədd edib. Bu barədə gənc oyunçunun atası məlumat verib: "Dünyanın ən böyük klublarından olan "Reaı"dan 15 milyon avroluq təklif aldıq, ancaq bu təklifi rədd etdik. Madrid klubu oğlumu transfer etdikdən sonra icarəyə vermək istəyirdi. Pula görə oğlumun karyerası ilə oynamaq istəmədim". Qeyd edək ki, 20 yaşadək futbolçulardan ibarət yığmalar arasında ötən il keçirilən dünya çempionatının qalibi olan Serbiya millisində A.Jivkoviç oyunu ilə diqqət çəkib. Cia.az
|


