Ötən mövsümün sonunda "Tottenhem"dən ayrılan Emanuel Adebayorun yeni komandası müəyyənləşib.
Qol.Az-ın ESPN-ə istinadən verdiyi məlumata görə, toqolu futbolçu karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirəcək.
O, mövsümün sonuna qədər "Kristal Palas"ın şərəfini qoruyacaq. Yeni klubunda 25 nömrəli formanı geyinəcək 31 yaşlı futbolçu ayına 400 min avro qazanacaq.
Qeyd edək ki, 2012-2015-ci illərdə "Tottenhem"in şərəfini qoruyan Adebayor keçirdiyi 59 oyunda 18 dəfə rəqib qapılarına yol tapıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.