banner
banner

Dünya

Cenevrə böhranı dərinləşir - "PYD yoxdursa biz də yoxuq"

Cenevrə böhranı dərinləşir -
Cenevrədə baş tutan Suriya görüşündə PKK-nın Suriya qoluna dəvətnamə göndərilməməsi Suriya demokratlarını qəzəbləndirib. 
PKK terror təşkilatının Suriya qolu olan PYD-nin Cenevrədə keçirilən müzakirələrə dəvət edilməməsinə reaksiya verən Demokratik Suriya Məclisinin həmsədri Heysəm Mənnan danışıqlara gəlməkdən imtina etdiklərini açıqlayıb. 
Heysəm Mənnan PYD rəhbəri Saleh Müslim və İlham Əhmədin dəvət edilməyəcəyi təqdirdə danışıqlarda iştirak etməyəcəyini bildirib. 
Riyaddakı müxaliflərin Cenevrə danışıqlarında iştirak edib-etməyəcəyi haqda qərarınının isə bu gün açıqlanması gözlənilir. 
Xatırladaq ki, PYD lideri Saleh Müslim Cenevrə konfransı ilə bağlı özünə və ya başqa təşkilat üzvünə hər-hansı bir dəvətnamə göndərilmədiyini bildirmişdi. 
Fransanın xarici işlər naziri Loren Fabius BMT-nin PYD-yə dəvətnamə göndərmədiyini açıqlamışdı. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.