banner
banner

Dünya

Koçaryana bomba hücumu

Koçaryana bomba hücumu

Sentyabrın sonlarında İrəvanda Robert Koçaryan ailəsinə məxsus “Nairi inşurans” şirkətinin ofisinə bomba qoyulması xəbəri yayılıb.

ANS PRESS-in məlumatına görə, polis məsələni araşdırıb və bu barədə verilən siqnalın yalan olduğunu ortaya çıxarıb. Ofis başqa adama məxsus olsaydı, böyük ehtimalla, hadisə sadəcə xuliqanlıq hadisəsi kimi arxa plana keçəcəkdi.

Amma “Nairi inşurans”ın Robert Koçaryana məxsus olması erməni mətbuatının məsələyə böyük diqqət yetirməsinə səbəb olub. Məsələ bundadır ki, Koçaryan son zamanlar böyük siyasətə qayıdacağı barədə bəyanatlar verirdi. Bu isə onun növbəti prezident seçkilərinə qatılması deməkdir.

Təbii ki, belə olanda Koçaryan Ermənistanda hakimiyyəti ələ keçirmiş Qarabağ klanının başına gəlməlidir. Koçaryan həm də Moskvanın ehtiyat variantı kimi nəzərdə tutulur. Yəni oktyabrın 10-da Ermənistan Avrasiya İttifaqına daxil olmaq üçün sənədə qol çəkməzsə, Moskvanın Ermənistanda hakimiyyəti dəyişəcəyi gözlənilir.

Potensial lider olaraq Koçaryanın seçilməsi Qarabağ klanında çoxlarının xoşuna gəlmir. Qruplaşmada artıq çoxdan lider yerinə göz tikən yeni-yeni qüvvələr meydana gəlib. Erməni mətbuatı həmin qüvvələrin Koçaryana mane olmaq üçün planlar qurduğunu vurğulayır. Onların yazdığına görə, bomba hücumu barədə verilən xəbər əslində keçmiş prezidentə ehtiyatlı olması barədə eyhamdır.

“Görünür, vəziyyət gərginləşir və Koçaryanın planları dəqiqləşir. Yəni siyasətdə artıq zaman yetişib və idarə sistemini dəyişmək üçün təşəbbüs göstərmək lazımdır. Əgər nəzərdə tutulan konstitusiya islahatları gerçəkləşdirilərsə, “daxili məsələlər” üzündən Koçaryan hakimiyyətə gəlmək şansını itirir”,- deyə erməni şərhçi Aykazn Qaqriyan bu gün yazdığı məqalədə ilin sonunda keçiriləcək konstitusiya islahatlarına işarə vurub. Yəni Koçaryanın altına qoyulmuş bomba ilin sonunda partlayacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.