banner
banner

Dünya

Sərkisyan ABŞ-a gedəcək

Sərkisyan ABŞ-a gedəcək

Ermənistan prezidenti Serj Sərkisyan aprel ayında Vaşinqtonda keçiriləcək Nüvə təhlükəsizliyi üzrə sammitdə iştirak edəcək.

Bu barədə Ermənistanın ABŞ-dakı yeni səfiri Qriqor Ovannisyan prezident Barak Obamaya öz etimadnaməsini təqdimetmə mərasimindəki çıxışında deyib.

Virtualaz.org bildirir ki, məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Buna cavab olaraq Barak Obama Ermənistanın nüvə silahı ilə mübarizəyə verdiyi töhfələri yüksək qiymətləndirərək minnətdarlığını bildirib. Prezident, həmçinin səfiri akkreditasiya ilə təbrik edib və onun təcrübəsinin gələcək Ermənistan-ABŞ dostluq münasibətlərinin dərinləşməsinə yardım edəcəyindən əmin olduğunu bildirib.

Xatırladaq ki, Q.Ovannisyan hazırda Avrasiya İqtisadi Kommisiyasının sədri təyin edilən Ermənistanın ABŞ-dakı keçmiş səfiri Tiqran Sarkisyanın yerinə təyin edilib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.