BBC-nin məşhur aparıcılarından ola Terri Voqan dünyasını dəyişib. Aparıcı bir müddətdir xərçənglə mübarizə aparırdı. Terri 77 yaşında həyatla vidalaşıb. Ailəsinin bəyanatına görə, xəstəlik artıq T.Voqanın bütün bədəninə yayılıbmış. BBC-nin direktoru Toni Holl İngiltərənin ən dəyəli milli dəyərlərindən birini itirdiyini deyib.
Qeyd edək ki, radio və televiziya sahəsində 50 ildən çoxdur, çalışan Terri illərlə məşhur “Eurovision” yarışmasına da aparıcılıq edib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.