banner
banner

Sağlamlıq

Şəkər xəstələri idman edə bilər? - HƏKİM TÖVSİYƏSİ

Şəkər xəstələri idman edə bilər? -

İdmanın sağlamlığa faydaları saymaqla bitməz. Bunu hər birimiz bilirik.

Ancaq elə xəstəliyi olan adamlar var ki, idmanla məşğul olmağa tərəddüd edir. Hansısa idman hərəkətinin xəstəliyin gedişinə mənfi təsir edəcəyindən, səhhətini pisləşdirəcəyindən ehtiyatlanır. Belə insanların sırasında şəkər xəstələri də var. Görəsən şəkər xəstələri idmanla məşğul ola bilərmi? Bu sualı endokrinoloq Nadirə Ağazadə cavablandırır.

Həkim bildirib ki, düzgün planlaşdırılmış idman proqramı bütün şəkərli xəstələrə məsləhət görülür. Bunun üçün hər bir diabetli xəstə idmana başlamamışdan qabaq idmana olan əks göstərişləri və məşgul olma qaydalarını araşdırmalıdır. Birinci növbədə qanda şəkər göstəricilərinə mütləq nəzarət olunmalıdır, cünki insulin və şəkərsalıcı tabletləri qəbul edən xəstələrdə hipoqlisemik vəziyyətlər (yəni qanda şəkərin aşağı düşməsi) yarana bilər.
Bunun üçün xəstələr aşağıdakılara diqqət etməlidirlər:

- Xəstənin yanında qanda şəkəri sürətlə yüksəldən karbohidratlar (meyvə suları, şəkər, qlükoza jeleləri) olmalı

- İdmandan əvvəl insulin dozasını azaltmaq

- Şəkər qanda

- Şəkər qanda >250 mq/dl və keton varsa, idman olunmamalı

Nadirə Ağazadənin sözlərinə görə, axşam yeməyindən 1 saat sonra edilən idman həm aclıq qan şəkərinin, həm də toxluq qan şəkərinin düşməsinə təsir etdiyi üçün şəkərli xəstələrə məsləhət görülür. İdman proqramı həftədə ən azı 3 gün olmalı və aralarında 2 gündən artıq fasilə olmamalıdır: “Həftədə ən azı 150 dəqiqə olmaq şərtilə idmanla məşğul olunmalıdır. Bura sürətli yerimə, üzmə, qaçış, velisoped sürmə və digər idman növləri daxildir. Düzgün edilmiş idman proqramı xəstədə insulin dirəncini azaldar, yüksək riskli insanlarda şəkərli diabetin qarşısını almış olar”.

Endokrinoloq onu da vurğuladı ki, baş hərlənmə, ürək bulanma, ciddi hava çatışmazlığı, döş qəfəsində ağrı, sıxıntı, göynəmə hissi kimi şikayətlər olduqda idman etmək olmaz.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.