"Çelsi"nin hücumçusu Eden Hazard mövsümün sonunda komandadan ayrılacaq.
Bu barədə London təmsilçisinin baş məşqçisi Qus Hiddink məlumat verib:
"Hazard komanda üçün çox önəmli futbolçudur. Ancaq təəssüf ki, onun yayda getmək ehtimalı böyükdür. Mən Hazardın daha uzun müddət komandada qalmasını məsləhət görə bilərəm. Lakin onun gələcək taleyi ilə bağlı mən yox, klub qərar verəcək".
Qeyd edək ki, 2012-ci ildən "Çelsi"nin şərəfini qoruyan Hazardın mövsümün sonunda Madrid "Real"ına transfer olunacağı gözlənilir.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.