banner
banner

Dünya

Rusiyadan 1 trilyonluq özəlləşdirmə planı

Rusiyadan 1 trilyonluq özəlləşdirmə planı
Yaxın iki ildə Rusiya hakimiyyəti özəlləşdirmədən 1 trilyon rubl qazanmaq fikrindədir.
Bu barədə “Vedomosti” qəzeti yazıb. 
Səhmləri satışa çıxarılan dövlət şirkətləri arasında “Rostelekom”, “Transneft”, “Aeroflot”, “Rosneft”, “Sovkomflot” kimi şirkətlər var. 
Özəlləşdirmə haqda qərar artıq bu həftə Putinin keçirəcəyi iclasda qəbul oluna bilər. Qəzet yazır ki, İqtisadi İnkişaf nazirinin keçən ilin sonu verdiyi bu təklif Putin tərəfindən dəstəklənib.
Rəsmi plan 33 milyard rubl dəyərində səhmlərin satışa çıxarılmasını nəzərdə tutsa da, neft qiymətlərinin ucuzlaşması üzündən dövlət daha irihəcmli satışlara getməyə məcburdur.
“Rosnano”, “Rostelekom”, “Rospirtprom” şirkətlərinin tam özəlləşdirilməsi nəzərdə tutulsa da, “Rosneft”, “Başneft” kimi dövlət neft şirkətlərinin səhmlərinin bir hissəsinin satışa çıxarılacağı gözlənilir. 
Təkcə “Rosneft”in 19,5% payının satılmasından dövlət büdcəsi yarım trilyon rubl qazana bilər. (Avropa)
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.