banner
banner

Dünya

“Donuz qripi” Gürcüstanda daha bir can aldı

“Donuz qripi” Gürcüstanda daha bir can aldı

Gürcüstanda H1N1 virusundan daha bir nəfər ölüb.

Bununla da, bu ölkədə “donuz qripi”ndən ölənlərin sayı 8-ə çatıb.

Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze “Rustavi 2” telekanalına açıqlama verib. Onun sözlərinə görə, ötən həftələrlə müqayisədə qeydiyyata alınan xəstələrin sayı azalıb: "Artıq üçüncü həftədir ki, qeydiyyata alınan xəstələrin sayının azaldığını müşahidə edirik.

Təəssüf ki, H1N1 virusundan daha bir nəfər ölüb. Bu, xəstənin həkimlərə gec müraciət etməsi üzündən baş verib. Biz hamıya tövsiyə edirik ki, H1N1 virusunun simptomları aşkar edilsə, dərhal xəstəxanalara müraciət etsinlər".

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.