banner
banner

Sağlamlıq

Qırmızı soğan yeyənlər…

Qırmızı soğan yeyənlər…

Yaddaşsızlıq müasir dövrün ən böyük problemlərindən biridir. Artıq 40 yaşı keçənlər Alzheymer xəstəliyi təhlükəsi ilə üzləşmək qorxusu yaşayırlar.

Ancaq bəzi qidalar sayəsində yaddaşsızlıq problemi ilə mübarizə aparmaq olar.

Türkiyəli diyetoloq Əlif Özcan yaddaşa yaxşı təsir edən qidalardan danışıb.

Diyetoloqun məsləhətləri:

Yaddaşı möhkəmləndirmək üçün bir sıra qidaları gündəlik menyuya daxil etmək vacibdir:

“Hər gün balıq yemək lazımdır. Bir gün sobada bişirib, növbəti gün buğlama yeyin. Konservləşdirilmiş balıqlardan və balıq yağlarından da istifadə etmək olar”.

Diyetoloq süfrədən soğanı əskik etməməyi məsləhət görür:

“Araşdırmalar soğanın bütün növlərinin, xüsusilə də, qırmızı soğanın yaddaşı möhkəmləndirdiyini sübut edib. Ancaq soğanı bişirdikdə həmin effekt azalır. Bu tərəvəzi çiy halda yemək məsləhətdir. Salatlara əlavə edə və ya yeməklərin yanında çiy halda yeyə bilərsiniz.Yaddaş üçün faydalı tərəvəzlərdən biri də ispanaqdır, onu da çiy yemək lazımdır”.

Əlif Özcan yaddaşı möhkəmləndirən digər qidaları  belə sıralayır:

“50-70 faizi kakaodan ibarət olan tünd şokoladlar, qoz-fındıq kimi çərəzlər, göyərtilər də yaddaş üçün xeyirlidir. Bu qidaları həftənin günlərinə bölüb sistemli şəkildə qidalansanız, nəinki yaddaş probleminiz aradan qalxacaq, həm də gələcəkdə alzaymerə yaxalanmaq riskiniz azalacaq”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.