Bu gün Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulub.
Qol.Az-ın məlumatına görə, son oyun günündə daha 8 qarşılaşma baş tutub.
E qrupunun lideri "Bavaiya" öz meydanında CSKA (Moskva) klubunu sınağa çəkib. Moskva təmsilçisi 1/8 finala yüksəlmək üçün bu görüşdə mütləq qələbə qazanmalı idi. Lakin.”Bavariya” rəqibinə heç bir şans verməyib – 3:0. Qrupun digər matçında "Roma" və "Mançester Siti" komandaları üz-üzə gəlib. İngilətərə təmsilçisi 2:0 hesabı ilə qalib gələrək 1/8 finalda oynamaq hüququ qazanıb.
F qrupunun liderləri "Barselona" və PSJ komandaları bu dəfə Kataloniyada münasibətlərinə aydınlıq gətiriblər. Qrupu lider kimi başa vurmaq üçün Paris təmsilçisini bir xal da qane edirdi. Lakin meydan sahibləri 3:1 hesablı qələbə qazanmaqla “Pley-off”a qrup lideri kimi yüksəlib. Digər oyunda "Ayaks" APOEL-ə 4:0 hesabı ilə qalib gəlib. Bununla da Hollandiya klubu mübarizəni Avropa Liqasında davam etdirmək hüququ qazanıb.
G qrupunda lider "Çelsi" klubu öz meydanında "Sportinq"lə üz-üzə gəlib. Artıq qrup liderliyini təmin etmiş "Çelsi" üçün bu görüş formal xarakteri daşıyıb.Bununla belə, Londin təmsilçisi inamlı qələbə qazanıb – 3:1. Səfərdə "Maribor"un qonağı olan “Şalke" isə rəqibinə 1:0 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib.
H qrupunda "Portu" öz meydanında "Şaxtyor" (Donetsk) klubunu qəbul edib. Artıq hər iki komanda 1/8 finala vəsiqəni təmin etdiyindən bu görüş onlar üçün formal xarakteri daşıyıb. Oyun 1:1 hesabı ilə başa çatıb. Qrupun digər matçında "Atletik" (Bilbao) və BATE komandaları qarşılaşıblar. Rəqibinə 1:0 hesabı ilə qalib gələn Bilbao təmsilçisi mübarizəni Avropa Liqasında davam etdirmək hüququ qazanıb.
Qeyd edək ki, dünən keçirilən 8 oyundan sonra "Atletiko" (Madrid, İspaniya), "Yuventus" (İtaliya), "Real" (Madrid, İspaniya), "Bazel" (İsveçrə), "Monako" (Fransa), "Bayer" (Leverkuzen, Almaniya), "Borussiya" (Dortmund, Almaniya) və "Arsenal" 9İngiltərə) klubları 1/8 finala yüksəliblər.
10 dekabr
E qrupu
23:45. "Bavariya" (Almaniya) - CSKA (Moskva, Rusiya) - 3:0
Qol: Müller, 18-pen. (1:0), Rode, 84 (2:0) Götse, 90
23:45. "Roma" (İtaliya) - "Mançester Siti" (İngiltərə)
- 0:2
Qollar: Nəsri, 60, Zabaleta, 86
F qrupu
23:45. "Barselona" (İspaniya) - PSJ (Fransa) - 3:1 (İkinci hissə)
Qol: İbrhimoviç, 15 (0:1), Messi, 19 (1:1), Neymar, 41(2:1), Suares, 77 (3:1)
23:45. "Ayaks" (Hollandiya) - APOEL (Kipr) - 4:0 (İkinci hissə)
Qol:Şön, 45, 50, Klassen, 53, Milik, 74
G qrupu
23:45. "Maribor" (Sloveniya) - "Şalke" (Almaniya) - 0:1
23:45. "Çelsi" (İngiltərə) - "Sportinq" (Portuqaliya) - 3:1
Qol: Fabreqas, 8 (1:0), Şürle, 16 (2:0), Silva, 50 (2:1), Obi Mikel, 56 (3:1)
H qrupu
23:45. "Atletik" (Bilbao, İspaniya) - BATE (Belarus) - 2:0
Qol: San Xose, 47, Susaeta, 88
23:45. "Portu" (Portuqaliya) -"Şaxtyor" (Donetsk, Ukrayna) - 1:1
Qollar: Stepanenko, 51 (0:1)Aboubakar, 87 (1:1)


