banner
banner

Dünya

ABŞ-ın dövlət borcu astronomik həddə çatdı

ABŞ-ın dövlət borcu astronomik həddə çatdı

Amerika federal hökümətinin borcu 19 trilyon dolları keçib.

Bu barədə Trend "The Washington Times" qəzetinə istinadən xəbər verir.

Yanvar ayının sonuna olan məlumata görə, xarici borcun məbləği ABŞ ÜDM-in 103 faizini təşkil edib. Ümumi məbləğdən 13,7 trilyon dollar özəl sektorun (şirkət və şəxslər) payına düşür. 5,3 trilyon dollar isə hökümətin ABŞ-ın Federal Ehtiyat Sistemi qarşısında ölkə daxili borclar təşkil edir.

Prezident Barak Obamanın 7 illik prezidentliyi müddətində ABŞ-ın dövlət borcu iki dəfə artaraq 8 trilyon çoxalıb.

Dövlət borcunun eyni artım dinamikası Corc Buşun (oğul) prezidentliyi dövründə də muşahidə edilib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.