banner
banner

İdman

"Turan Tovuz"da sərt cəzalar

"Turan Tovuz"da sərt cəzalar

Azərbaycan çempionatının I divizionunda mübarizə aparan "Turan Tovuz" klubunun Müşahidə Şurası radikal qərarlara əl atıb.

Qol.Az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bu barədə şuranın sədri Oqtay Abdullayev məlumat verib.

Onun sözlərinə görə, mövsümün ilk dövrəsindəki uğursuz nəticələrlə əlaqədar futbolçuların yarısı komandadan kənarlaşdırılıb. Bundan başqa, klubun əməkdaşları, baş məşqçi Nizami Sadıqov və onun köməkçilərinin maaşları azaldılıb. O.Abdullayev gedənlərin yerinə "Bakı", "Xəzər Lənkəran" və digər klublardan, eləcə də Gürcüstandan futbolçuların cəlb olunduğunu vurğulayıb. Bir müddətdir ikinci dövrənin hazırlıqlarına başladıqlarını deyən sədr təlim-məşq toplanışının Bakıda və ya Gürcüstanda təşkil olunacağını əlavə edib.

Qeyd edək ki, "Turan Tovuz" ilk dövrədən sonra 13 oyuna 15 xalla 14 komanda arasında 10-cu pillədə qərarlaşıb.

 Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.