|
"Yuventus" klubu ciddi itki ilə üzləşib. Qol.Az-ın "Sky Sports İtalia"ya istinadən verdiyi məlumata görə, komandanın yarımmüdafiəçisi Sami Xedira zədələnib. A Seriyasının "Kyevo" ilə görüşündə zədə alan Tunis əsilli alman futbolçu ən azı iki-üç həftə yaşıl meydanlardan kənarda qalacaq. Qeyd edək ki, Madrid "Real"ından transfer olunan Xedira "Yuventus"da keçirdiyi 12 oyunda 3 qol vurub. Cia.az
|


