banner
banner

İdman

Stadionda məşq öncəsi qalmaqal

Stadionda məşq öncəsi qalmaqal

“İnter”in Tofiq Bəhramov adına stadiondakı məşqi öncəsi insident yaşanıb.

CİA.Az-ın musavat.com-a istinadən məlumatına görə, Gürcüstandan gəlmiş bir qrup “İnter” azarkeşi stadionun mətbuat otağı yerləşən ərazisində plakatlar asmaq istəyiblər. “Qarabağ” rəsmiləri bannerlərin sökülməsini istəsə də tərəfdarların narazılığı ilə üzləşiblər. Yaşanan qısa müddətli insident polislərin müdaxiləsindən sonra yekunlaşıb. Bannerlər sökülüb.

“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov musavat.com-a bildirib ki, mübahisənin yaranmasına səbəb, plakatların düzgün yerdə açılmamasıdır: “Plakatlar, şüarlar stadionda deyilməlidir. Futbolçular məşq edərkən 15 dəqiqə ərzində azarkeşlər onları izləyə bilərlər. Plakatlarını da orada aça bilərlər. Burada olmaz. Burada sadəcə jurnalistlər dayana bilərlər, azarkeşlərə olmaz. Burada başqa heç bir səbəb yoxdur”.

Gürcüstandan gəlmiş azarkeşlərin musavat.com-a verdiyi məlumata görə, plakatlarda sadəcə «İnter»lə bağlı şüarlar yazılıb: “Biz heç nə anlamadıq. Dedilər ki, sadəcə olmaz. Biz də plakatları sökdük. Kobud davranmadılar, amma belə də olmasını istəməzdik. Məqsədimiz “İnter”ə dəstək olmaqdır”.

Qeyd edək ki, “Qarabağ” - “İnter” oyunu dekabrın 11-i, Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək. Matçın start fiti 21-00-da çalınacaq.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.