Ələ keçirilən xəritə ilə Rusiyanın Suriyadakı planları deşifrə olunub.
Bir neçə gün əvvəl Türkiyə sərhədində yerləşən Suriyanın Türkməndağı bölgəsində yüksək rütbəli hərbçilərin keçirdiyi toplantıya edilən basqının bəzi təfərrüatları məlum olub.
ANS PRESS-in məlumatına görə, 4 rus generalının iştirak etdiyi toplantıda, əsasən, Türkiyənin İslam coğrafiyasından qoparılması üçün atılacaq addımlar müzakirə edilib. Türkiyə mətbuatının yazdığına görə, ələ keçirilən xəritə ilə Rusiyanın Suriyadakı planları deşifrə olunub.
Xəritəni dəyərləndirən kəşfiyyat səlahiyyətliləri bildirir ki, Rusiya Suriyanın qərbindəki Afrin bölgəsindən Hələbin şərqinə qədər olan məsafəni Əsəd qüvvələri üçün dəhliz yaratmağa çalışır.
Bunun nəticəsində isə Əsəd qüvvələri Türkiyə sərhədinin böyük hissəsinə nəzarət edəcək.
Fevralın 3-də Rus və Suriya generallarının iştirakı ilə Türkməndağı bölgəsində toplantı keçirilərkən müxalif qüvvələr basqın edib. Belə ki, generallar axşam saatlarında baş tutan toplantıda bölgədə həyata keçirilən hücumların son vəziyyəti və yeni planlar barədə müzakirələr apararkən basqına məruz qalıblar.
Duveyrik və Selma bölgələri arasında olan məkanda keçirilən toplantıya yüksək rütbəli generallar qatılıb.
Müxalif qüvvələrin etdiyi basqında 4-ü rus, 4-ü rejim generalı və 15 əsgər öldürülüb. Ölən rus generallardan birinin Türkməndağındakı hücumları koordinasiya edən, "Yuri" ləqəbli general-leytenent olduğu bildirilir. Digər rus hərbçilərin isə general-mayor olduğu müəyyən edilib.
Basqın zamanı öldürülən rejim generallarının dördünün də rütbəsi general-mayordur.
Həmçinin oxuyun: Türkiyə sərhədində rus generallar öldürüldü
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.