|
Almaniya II Bundesliqasında 20-ci turun oyunları keçirilir. Qol.Az-ın məlumatına görə, millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" klubu bu tur evdə "Frankfurt"la qarşılaşıb. Matçda qalib müəyyənləşməyib. Hərəyə bir dəfə fərqlənən komandalar meydandan 1 xalla ayrılıb - 1:1. Nazarov oyunun 57-ci dəqiqəsində meydana çıxıb. Qeyd edək ki, bu heç-heçədən sonra xalını 26-a yüksəldən "Karlsrue" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. Cia.az |


