banner
banner

Dünya

Haiti prezidenti istefa verib

Haiti prezidenti istefa verib
 Haiti prezidenti Mişel Martelli vəzifəsindən getməklə ölkəni başsız qoyub.
"Report" xəbər verir ki, bu haqda "Associated press" məlumat yayıb.
Məlumata görə, ölkədə prezident seçkisi etiraz aksiyaları və dövlətin təhlükəsizliyi səbəbindən bir neçə dəfə təxirə salınıb.
"Təəssüf edirəm ki, prezident seçkisi təxirə salınıb", - deyə o, ölkə parlamenitdəki çıxışı zamanı vurğulayıb.
 
Qeyd edək ki, fevralın 6-da Haiti parlamenti və prezidenti müvəqqəti hökumətinin qurulması ilə bağlı razılığa gəlib. Yaxın günlərdə parlament müvəqqəti prezidenti seçəcək. Müvəqqəti prezident vəzifəsini yeni dövlət başçısı seçilənədək davam etdirəcək. Yeni prezident seçkisi isə aprelin 24-də keçirləcək. Dövlət başçısı seçilən şəxs vəzifə səlahiyyətlərinin icrasına mayın 14-də başlayacaq.
 
Seçkinin birinci turu isə 2015-ci il oktyabrın 26-da keçirilib. Etiraz aksiyaları səbəbindən bu siyasi kampaniya təxirə salınıb. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.