banner
banner

İdman

Portuqaliya millisinə bəd xəbər

Portuqaliya millisinə bəd xəbər

Fransa Liqasının 25-ci turunda evdə "Nitsa"nı 1:0 hesabı ilə məğlub edən "Monako" ciddi itki ilə üzləşib.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, komandanın sol cinah müdafiəçisi Fabio Koentrao zədələnib.

Matçın 12-ci dəqiqəsində zədələnən portuqaliyalı futbolçu əvəzlənmək məcburiyyətində qalıb. Tibbi müayinədən keçən Koentraonun sol ayağında qırıq aşkarlanıb.
27 yaşlı futbolçunun uzun müddət yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. Portuqaliya millisinin üzvü olan Koentraonun yayda Fransada keçiriləcək Avropa çempionatına qədər sağalıb-sağalmayacağı hələlik məlum deyil. 

Qeyd edək ki, müqavilə ilə "Real" (Madrid) klubuna məxsus olan Koentrao icarə əsasında "Monako"da oynayır.  

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.